12:08 - 20.10.2021
20 oktyabr, Fineko/abc.az. 2021-ci ildə Azərbaycan üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün 76,4 dollar olacaq.
ABC.AZ-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regional iqtisadi hesabatında bildirilir. Proqnoza əsasən, 2022-ci ildə Azərbaycan üçün bu göstərici 66,1 dollar/barel olacaq.
Qeyd edək ki, bundan əvvəlki proqnozda ölkə üçün neftin fiskal itkisiz qiyməti bir barel üçün müvafiq olaraq 82,5 və 66,4 dollar təşkil edirdi.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026