Neftin qiyməti artır, Brent barel başına $69,66 təşkil edir

10:00 - 18.05.2021


18 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə axşamı ticarətdə artır.

Saat 9:01-də London ICE Futures birjasında keçirilən ticarətdə Brent markalı neftin iyul fyuçersi $0,20 (0,29%) yüksələrək barel başına $69,66 təşkil etdi. Mayın 17-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul ayına olan fyuçersinin qiyməti $0,75 (1,09%) – barel başına $69,46-a qədər qalxıb.

Saat 9:01-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin iyun fyuçersinin qiyməti $0,21 (0,32%) - barrel başına $66,48-ə qədər artıb. 17 may ticarət nəticələrinə görə, WTI-nin iyun ayına olan fyuçersi $0,90 (1,38%) – bir barelə $66,27-a yüksəldi.