Qazaxıstan nefti "Dostluq" kəməri ilə yenidən Almaniyaya vurula bilər

10:00 - 18.08.2026


18 avqust, Fineko/abc.az. Qazaxıstan texniki məhdudiyyətlər aradan qaldırılacağı təqdirdə "Dostluq" (Drujba) kəməri ilə Almaniyaya neft nəqlini bərpa etməyə hazırdır.

Qazaxıstan Energetika Nazirliyindən bildirilib ki, tranzit infrastrukturdakı texniki məhdudiyyətlər səbəbindən cari ilin mayın 1-dən bu marşrutla göndərişlər dayandırılıb.

Infrastruktur problemləri həll olunacağı təqdirdə tərəflər arasında razılıq əldə edilərək tədarük bərpa oluna bilər. Lakin hələlik bu istiqamətdə rəsmi razılaşma barədə məlumat verilmir.