11:25 - 3.03.2021
3 mart, Fineko/abc.az. Azərbaycanda elektron ticarətin həcmi ilə bağlı maraqlı statistika açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar son bir ildə şirkətin fəaliyyətinə həsr olunmuş konfransda bildirib ki, son 3 ildə ölkədə e-ticarət 5 dəfə artıb.
"Bu rəqəm bəhs olunan müddətdə 0,6 mlrd. manatdan 3,7 mlrd. manata yüksəlib. Qarşıdakı illərdə bu sahədə daha çox artım gözlənilir.
Belə ki, bundan əvvəl e-ticarətdən istifadə etməyən insanlar elektron alış-verişə üstünlük verəcək" deyə E. Çakar vurğulayıb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026