Bakıda bu işlərin görülməsinə 60 milyon manat ayrılacaq

12:17 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq, yenidənqurma və təmir işləri aparılacaq.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC işlərə başlayır.

Layihənin 59 milyon 199 min 299,33 manata ərsəyə gəlməsi nəzərdə tutulur.