Azərbaycanın Gürcüstandan yerli məhsul idxalı 14 faizdən çox artıb

16:42 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 124,242 milyon ABŞ dolları dəyərində yerli istehsal malları idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz çoxdur.

Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına əsasən, Azərbaycana edilən tədarük qonşu ölkənin ümumi yerli məhsul ixracının 3,8 faizini təşkil edib.

Hesabat dövründə Gürcüstan ümumilikdə 3 milyard 286,559 milyon ABŞ dolları dəyərində yerli istehal malı ixrac həyata keçirib ki, bu göstərici də bir il əvvəlki analoji dövrlə müqayisədə 63,5 faiz artım deməkdir.

Gürcüstanın yerli məhsul ixrac etdiyi əsas tərəfdaş ölkələr sırasında 529,103 milyon dollarla Çin (3 dəfə artım), 468,324 milyon dollarla Rusiya (4 faiz artım), 297,312 milyon dollarla Türkiyə (60,2 faiz artım), 162,734 milyon dollarla Bolqarıstan (10 faiz artım), 143,499 milyon dollarla Ermənistan (22,5 faiz artım) və 136,742 milyon dollarla Toqo (ötən il fəaliyyət olmayıb) yer alıb.