16:06 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC və AYNA-nın birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sentyabrın 23-dən "Xocəsən" və "Avtovağzal" metro stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.
Qərar Sumqayıt, Xırdalan, Bakı-Şamaxı istiqaməti, eləcə də Abşeron və Qaradağ rayonlarından gələn sərnişinlərin "Şamaxinka" və "20 Yanvar" sıxlığına düşmədən nəqliyyatdan istifadəsini asanlaşdırmağa xidmət edir.
Bu çərçivədə bir sıra avtobus marşrutları birbaşa adıçəkilən iki stansiyaya yönləndiriləcək. Sərnişinlər "Xocəsən" və "Avtovağzal" stansiyalarından daxil olaraq "Nizami"yə qədər olan 9 stansiya istiqamətində ödənişsiz hərəkət edə biləcəklər.
Tədbirlər sərnişin axınını daha səmərəli bölüşdürmək, vaxt və maliyyə itkisini azaltmaq, şəhərin girişindəki tıxacları optimallaşdırmaq məqsədi daşıyır.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026