16:25 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,3% çoxdur.
İstehsalda artım dinamikası avqust ayında da davam edib. Belə ki, təkcə avqustda ölkədə 118 min cüt ayaqqabı istehsal olunub ki, bu da illik müqayisədə 41,3% artım deməkdir. Sentyabrın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 87,9 min cüt hazır məhsul ehtiyatı mövcuddur.
Xatırladaq ki, 2025-ci ildə ölkədə ümumilikdə 1 milyon 79 min cüt ayaqqabı istehsal edilmişdi (2024-cü illə müqayisədə 0,7% az).
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026