"Araz Supermarket"lə bağlı inzibati xəta protokolu tərtib edilib

15:58 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Qurumun İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin keçirdiyi yoxlamalar zamanı marketdə qida məhsulunun rəfdəki qiymətdən daha baha satıldığı aşkarlanıb.

Bununla da şirkət "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən edildiyi üçün haqqında müvafiq qaydada protokol rəsmiləşdirilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.