14:11 - 23.09.2026
23 sentyabr, Fineko/abc.az Bakıda fəaliyyət göstərən "Saxsı" restoranının "saxsilounge" adlı "Instagram" səhifəsində UEFA Çempionlar Liqası oyunlarının qanunsuz nümayişinə dair reklamlar yaymlanıb.
Yayım hüquqlarına malik şirkətin pretenziya məktubuna baxmayaraq, restoran idman yarışlarını lisenziya müqaviləsi və hüquq sahibinin icazəsi olmadan nümayiş etdirməyə davam edib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin müraciəti əsasında məsələyə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmə restoran rəhbərliyini "Reklam haqqında" Qanunun tələblərini pozmaqda təqsirli bilərək, İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən 300 manat məbləğində cərimələyib.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026