Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə ödənişlər 25,7% artıb

14:08 - 24.09.2026


24 Sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycan sığorta şirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 47,4 milyon manat (27,88 mlrd dollar) sığorta haqqı toplanıb. 

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 milyon manat və ya 1,6% artım təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında sözügedən sığorta növü üzrə yığımlar 46,6 milyon manat (27,41 mlrd dollar) səviyyəsində olmuşdu. 

Hesabat dövründə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə həyata keçirilən sığorta ödənişlərində isə kəskin artım müşahidə edilib. 

Belə ki, cari ilin 8 ayında sığortaçılar tərəfindən 25,5 milyon manat (15,00 mlrd  dollar) sığorta ödənişi verilib ki, bu da illik müqayisədə 5,2 milyon manat və ya 25,7% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə bu göstərici 20,3 milyon manat (11,94 mlrd dollar) təşkil etmişdi.