17:06 - 22.09.2026
22 Sentyabr, Fineko/abc.az. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə cəmiyyətin strateji hədəflərini açıqlayıb.
Qurum rəhbəri bildirib ki, əsas məqsəd 2030-cu ilədək “AzerGold”u illik dövriyyəsi 1 milyard manata çatan, gəlir və məşğulluq göstəricilərinə görə qeyri-neft sənayesinin ən iri dövlət şirkətlərindən birinə çevirməkdir. Maliyyələşmə daxili gəlirlər, borc kapitalı və özəl investisiyalar hesabına həyata keçiriləcək.
Zakir İbrahimov qeyd edib ki, aparılan kəşfiyyat işləri nəticəsində "Çovdar" yatağının qızıl ehtiyatları 179 min unsiyadan 1,02 milyon unsiyaya, istismar müddəti isə 2032-ci ilədək artırılıb. Şirkət fəaliyyət spektrini genişləndirərək "Daşkəsən Dəmir Filiz" və "AzerBlast" MMC-ləri təsis edib, cari ildə isə Qafqazın ən böyük yataqlarından olan "Söyüdlü"də (Zod) hasilat yönümlü üstaçma işlərinə başlayıb.
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026