Azərbaycanda duz istehsalı 17,5% artıb

14:47 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 64 min 300 ton duz istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5% çoxdur.

Buna baxmayaraq, təkcə avqust ayında istehsalda eniş qeydə alınıb. Belə ki, avqustda ölkədə 4 min 643 ton duz istehsal edilib ki, bu da bir il əvvəlki eyni dövrlə müqayisədə 35% azdır. Sentyabrın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 22,3 min ton hazır məhsul ehtiyatı mövcuddur.

Xatırladaq ki, 2025-ci ildə ölkədə ümumilikdə 85 min 389 ton duz istehsal edilmişdi (2024-cü ilə nisbətən 4,5% az).