14:42 - 21.09.2026
21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 631 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.
Hesabat dövründə Azərbaycan Yunanıstandan 564 milyon dollar dəyərində məhsul idxal edib, bu ölkəyə ixracın həcmi isə 67 milyon dollar olub.
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026