Bu dövlət qurumları distant iş rejiminə keçir

17:16 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. Sabahdan, sentyabrın 23-dən Bakıda “Formula 1″ə yarışması səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

Distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi “Formula 1” trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.