Azərbaycanda çay ixracı kəskin artıb: 5 milyon dolları ötüb

10:15 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. Cari ilin səkkiz ayında Azərbaycandan 569,27 ton çay ixrac olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,8% çoxdur.

Məhsul həcminin artması ilə yanaşı, maliyyə daxilolmaları da yüksəlib. Hesabat dövründə ixrac edilən çayın dəyəri 12,1% artaraq 5 milyon 2,93 min dollara (8 504 981 AZN) çatıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında ölkədən 4 milyon 462,93 min dollar dəyərində 491,61 ton çay ixrac edilmişdi.