14:43 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust ayları ərzində Azərbaycan sığorta şirkətləri tərəfindən müştərilərə ümumilikdə 773,2 milyon manat sığorta ödənişi edilib.
Mərkəzi Bankın hesabatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,1% artım təşkil edib.
Ümumi ödənişlərin 568,4 milyon manatı həyat sığortası növlərinin payına düşüb ki, bu da illik müqayisədə 33,1% artım deməkdir. Həyat sığortası üzrə ödənişlərin 565,6 milyon manatı könüllü həyat sığortası, 2,8 milyon manatı isə icbari həyat sığortası üzrə həyata keçirilib.
Qeyri-həyat sığortası növləri üzrə isə ödənişlər 16,2% artaraq 204,8 milyon manata yüksəlib. Bu bölmə üzrə ödənilən vəsaitin 97 milyon manatı könüllü sığorta növlərinin, 107,8 milyon manatı isə icbari sığorta növlərinin payına düşüb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026