15:54 - 3.11.2020
3 noyabr, Fineko/abc.az. 2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac 129,5 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin oktyabr sayında əksini tapıb.
Qeyd olunub ki, 2020-ci ilin sentyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5 faiz, qeyri-yeyinti sektoru üzrə isə 74,2 faiz təşkil edib.
Yeyinti məhsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026