10:12 - 11.08.2020
11 avqust, Fineko/abc.az. Saudi Aramco-nun rəhbəri Amin Nasserin bazarlarda tələbatın bərpası ilə bağlı bəyanatından sonra neftin etalon markalarının qiymətləri çərşənbə axşamı günü artmaqda davam edir.
Argus xəbər verir ki, bazar günü Saudi Aramco-nun rəhbəri, Çində benzinə və dizel yanacağına olan tələbatın demək olar ki, COVİD-19 pandemiyasına qədər müşahidə olunan səviyyəyə döndüyünü söylədi.
Nasserin qiymətləndirməsinə görə, tələbat hazırda təxminən sutkada 90 milyon barel təşkil edir (b/s). Saudi Aramco-nun rəhbəri ilin sonuna qədər 95-96 milyon b/s-ə qədər artmasını proqnozlaşdırır.
Saat 9:30-da London ICE Futures birjasında Brent-in oktyabr fyuçersi $0,21 (0,47%) - barrel başına $45,20-dək bahalaşıb. Avqustun 10-da keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan fyuçersin qiyməti $0,59 (1,33%) - barrel başına $44,99-a qədər qalxıb.
Saat 9:30 Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin sentyabr ayına olan fyuçersi $0,32 (0,76%) – bir barel üçün $42,26 qədər artıb. Avqustun 10-da ticarət nəticələrinə görə, sentyabr ayına olan neftə fyuçers $0,72 (1,75%) – bir barel üçün $41,94-ə yüksəldi.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026