09:54 - 6.05.2020
6 may, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri çərşənbə günü hərracların gedişatında bir gün əvvəlki inamlı artımdan sonra zəif dəyişir.
Saat 9:30-da London ICE Futures birjasında Brent-in iyul ayı üçün fyuçers qiyməti barel başına $0,08 (0,26%) – 30,89 dollara düşüb.
Mayın 5-də ICE Futures birjasında keçirilən ticarətin nəticələrinə görə, iyul fyuçersi $3,77 (13,86%), barrel başına $30,97 qədər bahalaşıb.
9:30-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI iyun ayına olan fyuçersi $0,01 (0,04%) – barel başına $24,55-ə qədər aşağı düşdü.
May ayının 5-də Nyu-York əmtəə birjasında (NYMEX) hərracların nəticələrinə görə WTI iyun ayına olan fyuçersi 4,17 (20,45%) - barel başına $24,56-a qədər artıb.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026