16:55 - 11.08.2026
11 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin illik hesabatına əsasən, 2025-ci ildə sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral vergi nəzarəti çərçivəsində 250,5 min manat vergi hesablanıb.
Maliyyə və beynəlxalq məlumat mübadiləsinin nəticələri:
Qeyri-rezidentlərin ƏDV-si: Ötən il qeyri-rezidentlər tərəfindən hesablanmış ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Bu istiqamətdə 150 tərəfdaş dövlətlə məlumat mübadiləsi aparılıb.
Xarici hesablar üzrə məlumatlar: Azərbaycan rezidentlərinin xaricdə açılmış maliyyə hesabları barədə daxil olan məlumatların həcmi illik müqayisədə 17% artıb.
Sorğu əsasında mübadilə: Beynəlxalq məlumat mübadiləsi çərçivəsində 40 sorğu göndərilib, 32 sorğu isə daxil olub.
Əlavə hesablamalar: Daxil olan beynəlxalq məlumatlar əsasında 239,6 min manat məbləğində əlavə vergi hesabatı həyata keçirilib.
10 Avqust 2026