10:49 - 28.01.2020
28 yanvar, Fineko/abc.az. İsveçrənin tanınmış "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycandakı fəaliyyətini dayandırır.
ABC.AZ xəbər verir ki, "ABB Global Marketing FZ-LLC" şirkəti Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022 Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "ABB Global Marketing FZ-LLC" şirkətinin Azərbaycanda istehsalat sahəsi qurmaq planı mövcud idi. Şirkət bu məsələ ilə bağlı araşdırmalar aparacağını açıqlamışdı. "ABB Global Marketing FZ-LLC" elektrik avadanlıqları, robototexnika, hərəkət mexanizmləri, sənaye avtomatlaşdırma və elektrik şəbəkələri sahələrində dünya liderlərindən biridir.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026