17:34 - 27.01.2020
27 yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanda 6 min ton tütün yığılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə tütün istehsalı 4,4% azalıb. Belə ki, 2019-cu ildə 3,1 min hektar sahədə tütün əkilmişdi.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehsalın azalması tütün üçün əkin sahələrinin 0,2 min hektar azalması ilə əlaqədardır. Keçən il tütünün məhsuldarlığı 1 hektardan 19,3 sentnerə yüksəlib.
Qeyd edək ki, 2018-ci ildə 3,3 min hektar sahədən 6,3 min ton tütün yığlmışdı, məhsuldarlıq isə 19 sentner təşkil etmişdi.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026