12:41 - 22.01.2020
22 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün 100 mln. manat cəlb edib.
“AMB yanvarın 22-də növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərrac zamanı tələb 592,2 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.
Vəsaitlər 28 gün müddətinə cəlb edilib.
AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026