11:22 - 22.01.2020
22 Yanvar, Fineko/abc.az. Ötən il Azərbaycanda külək və günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb.
Belə ki, il ərzində Azərbaycandakı külək elektrik stansiyalarında (KES) 106,2 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, il ərzində ölkədəki günəş elektrik stansiyalarında (GES) isə 42,3 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026