17:19 - 12.12.2019
12 dekabr, Fineko/abc.az. Dünyanın nəhəng şirkətlərinin səhmləri yenə də dəyişməyərək stabil qalıb.
ABC.AZ xəbər verir ki, dünyanın ən böyük şirkətlərinin səhmlərinin qiymətləri artıq bununla 3 gündür ki, dəyişməz olaraq qalır.
Ekspertlər bunu Amerika Mərkəzi Bankının (Fed) faiz dərəcəsini stabil saxlaması və ilin son iclasını keçirməsi ilə əlaqələndirirlər.
Belə ki, ekspertlərin fikrincə, dünyanın nəhəng şirkətlərinin rəhbərlərinin bütün diqqəti Fed-in faiz dərəcələrinə yönləndiyindən səhm bazarında aktivlik də azalıb.
Şirkətlərin səhmlərinin qiymətləri aşağıdakı cədvəldəki kimidir:
| Adı | Qiyməti | Artıb-azalması |
| Coca-Cola co | 54.44 | - |
| IBM | 133.22 | - |
| Intel Corp | 56.8 | - |
| McDonalds | 195.42 | - |
| Microsoft corp | 151.74 | - |
| Procter & Gamble | 124.19 | - |
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026