16:12 - 27.11.2019
27 noyabr, Fineko/abc.az. 2019-cu il noyabrn 1-nə banklara yatırılan depozitlərin məbləği 20,034.3 milyon manat təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı (MBNP) bank sektorunun 2019-cu il noyabrın 1-nə olan göstəricilərində qeyd olunub.
Hesabata əsasən, bu ötən ayla müqayisədə 28,30 milyon manat və ya 0,14% azdır. Lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə banklara yatırılan depozitlərin məbləği 1 495,10 milyon manat və ya 8,06% çoxdur. Bu ilin 10 ayının yekun hesabatına görə banklarda olan fiziki şəxslərin depozitləri 8,697.6 milyon manat, hüquqi şəxslərin depozitləri isə 11,336.7 milyon manat təşkil edib.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026