14:15 - 6.11.2019
6 noyabr, Fineko/abc.az. 2019-cu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat xərcləri və 28 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu barədə ABC.AZ “BP Azerbaijan” şirkətinə istinadən məlumat verir.
Qeyd edilir ki, 2019-cu ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olmuşdur.
CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%) şirkətləridir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026