Qəbələdə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 mln.manat ayrıldı

17:00 - 28.10.2019


28 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Qəbələ şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Sərəncam imzaladı.

Sərəncama əsasən, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Qəbələ Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı.