Agentlik bu şirkətdən 400 min manata ofis icarəyə götürür

12:20 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi PHŞ Bakı Regional Məşğulluq Filialı (Bakı RMF) üçün ofis icarəsi xidmətinin satın alınması üzrə tender keçirib.

Tenderin qalibi “Arne Group” MMC olub.

Tərəflər arasında 414 min 288 manatlıq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Arne Group” MMC 2024-cü ildə yaradılıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Osmanlı Elnur Əjdər oğludur.