Azərbaycanda beton istehsalı 6%-dən çox artıb: Yanvar-avqust göstəriciləri

16:51 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton tikinti üçün beton istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çoxdur.

İstehsalda artım dinamikası avqust ayında daha da sürətlənib. Belə ki, təkcə avqustda ölkədə 489 min ton beton istehsal edilib ki, bu da illik müqayisədə 30% artım deməkdir. Sentyabrın 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı qalmayıb.

Xatırladaq ki, 2025-ci ildə ölkədə ümumilikdə 4 milyon 725 min ton beton istehsal edilmişdi (2024-cü illə müqayisədə 10,7% az).