15:32 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2025-ci il üzrə mənzil bazarında otaq sayına görə satış göstəriciləri, mənzillərin orta sahəsi və qiymətləri açıqlanıb.
Dövlət Kadastrı və Reyestrinin təhlilinə əsasən, il ərzində ümumilikdə 41 606 əqd rəsmiləşdirilib, bazarda mənzilin orta sahəsi 65 kvadratmetr, orta qiyməti 129 835 manat, bir kvadratmetrin orta dəyəri isə 1 998 manat təşkil edib.
Bazarın ən böyük payı 39 faizlik göstərici və 16 234 əqdlə 2 otaqlı mənzillərin payına düşüb ki, bu kateqoriyada mənzillərin orta sahəsi 57 kvadratmetr, orta qiyməti 115 385 manat, bir kvadratmetrinin qiyməti isə 2 024 manat olub.
Tələbata görə ikinci sırada 27 faizlik payla 11 249 əqd toplayan 1 otaqlı, üçüncü sırada isə 26 faizlik payla 10 809 əqd toplayan 3 otaqlı mənzillər qərarlaşıb.
Statistikaya əsasən, 1 otaqlı mənzillərdə orta sahə 42 kvadratmetr, orta qiymət 91 192 manat (kvadratmetri 2 171 manat), 3 otaqlılarda orta sahə 83 kvadratmetr, orta qiymət 160 993 manat (kvadratmetri 1 940 manat), 4 otaqlılarda orta sahə 115 kvadratmetr, orta qiymət 220 695 manat (kvadratmetri 1 919 manat), 5 otaqlı mənzillərdə isə orta sahə 126 kvadratmetr, orta qiymət 240 368 manat (kvadratmetri 1 907 manat) təşkil edib.
Mənzillərin otaq sayı artdıqca bir kvadratmetrin qiyməti 1 otaqlıdan 5 otaqlıya doğru tədricən azalsa da, 5-dən çox otaqlı mənzillərdə bu göstərici kəskin artaraq orta sahəsi 247 kvadratmetr, orta qiyməti 589 950 manat və kvadratmetri 2 388 manat səviyyəsinə yüksəlib.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026