Sumqayıtda mənzil bazarı coşdu: Köhnə tikililərdə qiymət artımı - VİDEO

10:44 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. Sumqayıt şəhərində mənzil bazarında son iki ayda nəzərəçarpacaq dəyişiklik baş verib. İki ay əvvəl 55-58 min manata təklif edilən mənzillərin qiyməti 60-65 min manatadək yüksəlib.

Bu tip qiymət artımının, əsasən, köhnə tikililərdə müşahidə olunduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, mənzil bazarında qiymətlərin formalaşmasına tələb və təklif, eləcə də bazardakı iqtisadi vəziyyət kimi amillər təsir göstərir.

Həmçinin vurğulanır ki, köhnə tikililərin infrastruktur baxımından məktəb və bağçalara daha yaxın yerləşməsi onların qiymətinə təsir edən amillərdəndir.