10:08 - 22.10.2019
22 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,23 dollar (1,92%) düşüb və bir barelə $62,76 təşkil edib.
Neftin qiymətləri çərşənbə axşamı günü ticarətində enməyə davam edir.
Oktyabrın 21-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,46 (0,77%) enərək $58,96 təşkil etmişdir.
Saat 9:30-da Brent markalı neftin dekabr fyuçersi $0,15 (0,25%) azalaraq $58,81 təşkil edib.
NYMEX birjasında oktyabrın 21-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin noyabr fyuçersi $0,47 (0,87%) düşərək $53,31 təşkil etmişdir.
WTI markalı neftin noyabr fyuçersi saat 9:30-da $0,11 (0,21%) azalaraq $53,20 təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026