10:54 - 11.10.2019
11 oktyabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,44 ABŞ dolları və yaxud 0,71% azalıb və bir barelə 61,58 dollar təşkil edib.
Ötən gün xeyli artımdan sonra cümə günü Asiya ticarətində neftin etalon markalarının qiyməti yüksəlir.
Oktyabrın 10-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in dekabr fyuçersi $0,78 (1,34%) artaraq, bağlanışda $59,1 təşkil etmişdir.
Cümə günü saat 9:20-də Brent markalı neftin dekabr fyuçersi $0,42 (0,71%) artaraq $59,52 təşkil edib.
NYMEX birjasında oktyabrın 10-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin noyabr fyuçersi $0,96 (1,83%) artaraq $53,55 təşkil etmişdir.
WTI markalı neftin noyabr fyuçersi cümə günü saat 9:20-də $0,36 (0,67%) artaraq $53,91 təşkil etmişdir.
Həftənin əvvəlindən Brent 1,7%, WTI - 1,9% bahalaşıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026