16:25 - 25.09.2019
25 sentyabr, Fineko/abc.az. SOCAR-ın “Davamlı inkişaf üzrə illik hesabat”ına əsasən, ötən il SOCAR-ın təbii qaz hasilatı əvvəlki illə müqayisədə 0,5 milyard kubmetrədək artıb.
Hesabata görə, şirkətin qaz istehsalı 2016-cı ildə 6 milyard 266,8 milyon kubmetr, 2017-ci ildə 6 milyard 89,1 milyon kubmetr, keçən il isə 6 milyard 525,6 milyon kubmetr olub.