Qızıl kəskin bahalaşdı

09:30 - 23.09.2019


23 sentyabr, Fineko/abc.az.  Dünya birjalarında satılan qızılın qiyməti kəskin bahalaşıb.

Abc.az xarici birjalara istinadən xəbər verir ki, sonuncu hərraclar zamanı qızılın unsiyasının qiyməti 7,70 dollar bahalaşıb və 1 522,80 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,48 dollar artaraq 18,33 dollara satılıb.