10:09 - 6.09.2019
6 sentyabr, Fineko/abc.az. Cümə günü Asiya ticarətində neft qiymətləri cüzi artır.
Bununla yanaşı, Şimali Amerika markası WTI iyuldan etibarən həftəni maksimum yüksəlişlə tamamlaya bilər. Həftənin əvvəlindən etibarən WTI-nin qiyməti 2,4% artıb, Brent 1% bahalaşıb.
Sentyabrın 5-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,25 (0,41%) bahalaşaraq $60,95 təşkil etmişdir. Cümə günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:10-da $0,02 (0,03%) qalxaraq $60,97 /barelə təşkil edib.
NYMEX birjasında sentyabrın 5-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,04 (0,07%) artaraq $56,30 təşkil etmişdir. WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə axşamı günü saat 9:10-da $0,02 (0,04%) artaraq $56,32/ barelə təşkil etmişdir.