17:13 - 29.08.2019
29 avqust, Fineko/abc.az. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatası arasında əməkdaşlıq memorandumu imzalanıb.
ASK-dan verilən məlumata görə, memorandumu ASK adından vitse-prezident Vüqar Zeynalov və Şimali Osetiya-Alaniya Respublikasının Ticarət Sənaye Palatasının prezidenti Kazbek Xazbiyeviç Tuqanov rəsmiləşdirib.
ASK ilə birgə işbirliyinə böyük önəm verdiklərini vurğulayan K.Tuqayev işgüzar əlaqələrin genişlənməsi üçün böyük potensial olduğunu söyləyib.