16:23 - 31.07.2019
31 iyul, Fineko/abc.az. Mərkəzi Bankdan verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 milyard 532 milyon manat təşkil edib.
Bildirilir ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 % çox olub. Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20 % təşkil edib ki, bu göstərici isə ötən ilin eyni dövründə 16 % idi.