09:57 - 27.06.2019
27 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,84 (2,8%) artıb. Beləliklə, neftin bir barelinin qiyməti 67,42 dollar təşkil edib.
Çərşənbə günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi 1,44 dollar (2,21%) kəskin artaraq bir barelə 66,49 dollar təşkil etmişdir.
Cümə axşamı günü saat 9:20-də Brentin avqust fyuçersi 0,25 dollar (0,38%) ucuzlaşaraq 66,24 dollar /barel təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 26-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 1,55 dollar (2,68%) artaraq bir barelə $59,38 təşkil etmişdir.
“WTI” markalı neftin avqust fyuçersi cümə axşamı günü saat 9:20-də 0,27 dollar (0,45%) düşərək 59,11 dollar / barelə təşkil etmişdir.