16:07 - 27.05.2019
27 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı məlumata əsasən xəbər veilir ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunundan sonra azarkeşlərin Bakıdan Tbilisiyə daşınması məqsədilə mayın 30-da hərəkətdə olacaq 38/37 nömrəli Bakı-Tbilisi-Bakı sürət qatarından başqa, əlavə 48 nömrəli Bakı-Tbilisi sürət qatarı da təyin edilib.
Qatar Bakıdan mayın 30-u saat 8:00-da Tbilisiyə yola düşəcək. Həmin qatara biletlər dəmir yolunun bilet kassalarında və onlayn qaydada əldə oluna bilər.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026