11:50 - 4.03.2019
4 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 4 mart tarixində hərracda Bank 350 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 985,3 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
17 Avqust 2026
15 Avqust 2026