“Aqro-Qida” MMC ləğv olunduğunu elan edib

15:11 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. 2007-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində fəaliyyət göstərən “Aqro-Qida” MMC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 14-cü Aşırım küçəsi, ev 37A ünvanına bildirə bilərlər. “CTC Holdinq”ə daxil olan, nizamnamə kapitalı 10 manat təşkil edən cəmiyyətin qanuni təmsilçisi Fəxrəddin İsgəndərzadədir.

©Banker.az