Azərbaycanda bu sahə ÜDM-in artım tempini 5 dəfədən çox qabaqlayıb

11:18 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatında informasiya və rabitə sektoru yüksək artım tempini qoruyan sahələrdən biri olaraq qalır.

2026-cı ilin yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri 2 milyard 748,1 milyon manatlıq xidmət göstəriblər və sektörün xidmətlərinin real həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb.

Bu göstərici ümumi iqtisadi artımı əhəmiyyətli dərəcədə üstələyir.

Müqayisə üçün, eyni dövrdə ölkə iqtisadiyyatında ÜDM-in real artımı 1,2 faiz, qeyri-neft-qaz sektorunda isə 2,1 faiz təşkil edib, beləliklə informasiya və rabitə sektoru iqtisadiyyatın ümumi tempindən bir neçə dəfə sürətlə böyüyüb.