MİDA "Güzəştli mənzil" sistemində yeni qaydalar tətbiq edir

12:17 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Güzəştli mənzil” sistemində mənzil seçimi prosesini yeniləyib. Əsas yeniliklər bunlardır:

Mərhələli axtarış sistemi: Satış günü ilk olaraq "ünvan üzrə" axtarış aktivləşəcək. Vətəndaşlar elan olunan ünvana əsasən tək-tək axtarış edə biləcəklər. Ardından "xəritə üzrə" (bina və mərtəbəyə görə) və "parametrlər üzrə" (layihədəki bütün boş mənzillər) üsullar aktivləşəcək.

Gözləmə qaydasında üstünlük: Gözləmə qaydasında mənzil seçimi zamanı vətəndaşlar 1-ci və ya 2-ci sırada seçilməyən mənzillərin statusunu öncədən görə biləcəklər. Bu da prosesi daha çevik və şəffaf edəcək.