06:00 - 17.08.2026
17 avqust, Fineko/abc.az. "Amazon" şirkəti ABŞ-da istifadəçi qaydalarına dəyişiklik edərək icbari fərdi arbitraj şərtini bərpa edib və müştərilərin şirkətə qarşı kollektiv iddia (class-action) qaldırmasını qadağan edib. Bu addım alıcıların öz narazılıqlarını və hüquqi iddialarını məhkəmə müstəvisində həll etməsini çətinləşdirir.
Məlumata görə, yeni qaydalara əsasən, müştərilər yaranan mübahisələri dövlət məhkəmələri əvəzinə özəl arbitraj hakimləri vasitəsilə həll etməli olacaqlar. "Amazon" 2021-ci ildə minlərlə istifadəçinin eyni vaxtda arbitraj müraciəti etməsi nəticəsində yaranan böyük maliyyə xərclərinə görə məcburi arbitraj tələbini ləğv etmişdi. Lakin şirkət sonradan məhkəmələrdə üzləşdiyi iri həcmli kollektiv iddiaların qarşısını almaq üçün bu mexanizmi yenidən tətbiq etmək qərarına gəlib.
17 Avqust 2026
15 Avqust 2026