10:08 - 31.07.2026
31 iyul, Fineko/abc.az. Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında çıxış edərək iki ölkəni tarixi köklərin və mənəvi yaxınlığın birləşdirdiyini bildirib.
Qırğızıstan dövlətinin başçısı ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və tərəfdaşlığın möhkəm dostluq təməlinə əsaslandığını vurğulayıb. Sadır Japarov ölkələr arasında strateji tərəfdaşlığa mane ola biləcək heç bir həll olunmamış məsələnin olmadığını, yaradılmış tam etimad və açıqlıq mühitinin inamla irəliləməyə imkan verdiyini diqqətə çatdırıb.
Dahi Nizami Gəncəvinin "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir" kəlamına istinad edən Prezident Sadır Japarov xüsusi qürur hissi ilə Qırğızıstan və Azərbaycanın bir-birinin timsalında etibarlı dost qazandığını qeyd edib.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026