İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib

09:54 - 31.07.2026


31 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasında çıxış edərək Qarabağın bərpasında göstərilən köməyə görə Qırğızıstan tərəfinə minnətdarlığını bildirib.

Dövlət başçısı Ağdam bölqəsində birgə açılışı edilən və uşaqların artıq təhsil aldığı "Manas" adına məktəbin ölkələrimiz arasındakı qardaşlığın və xalqlarımızın birliyinin daimi rəmzi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Qırğızıstanın bu dəstəyini təkcə Qarabağ sakinərinin deyil, bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.