22:43 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Tokio və Vaşinqton Yaponiya yenini müdafiə etmək və valyuta məzənnəsindəki kəskin tərəddüdlərin qarşısını almaq məqsədilə 1998-ci ildən bəri ilk dəfə birgə valyuta müdaxiləsinə başlayıb.
Dollar/yen məzənnəsinin 164 səviyyəsindən 5% geriləməsi ilə nəticələnən bu koordinasiyalı valyuta alışı əməliyyatından sonra bazar iştirakçılarının diqqəti kilit psixoloji hədd sayılan 155 səviyyəsinə yönəlib. Strateqlərin fikrincə, məzənnənin 155 həddindən aşağı düşməsi qısa mövqelərin sürətlə bağlanmasına (short squeeze) və məzənnənin 152 səviyyəsinədək daha dərin korreksiyasına şərait yarada bilər. Əks halda, müdaxilənin sadəcə vaxt qazanmaq xarakteri daşıdığı qənaəti möhkəmlənəcək.
ABŞ-ın bu dəstəyinin arxasında diplomatik tərəfdaşlıqla yanaşı iqtisadi maraqlar da dayanır. Analitiklər bildirirlər ki, Vaşinqton Yaponiyanın ABŞ layihələrinə 550 milyard dollarlıq investisiya öhdəliyini təmin etmək, ticarət danışıqlarında əlavə güzəştlər əldə etmək və ABŞ istiqraz bazarına mənfı təsirlərin qarşısını almaq üçün Tokiodan faiz dərəcələrini artırmağı tələb edə bilər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026